Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way






























Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
Peyğəmbər -salləllahu aleyhi va səlləm- bu hədisdə, möminlər arasında əlaqəni gücləndirən və onlar arasında bir-birlərinə qarşı sevgini yayan səbəblərdən birini bəyan etmişdir.Əgər kimsə bir mömin qardaşını (Allah üçün) sevərsə, ona, sevdiyini xəbər verməlidir.
Peyğəmbər -salləllahu aleyhi va səlləm- bu hədisdə ümmətinə yeddi həlak edici günahlardan uzaq durmalarını əmr edir. Peyğəmbərdən -salləllahu aleyhi va səlləm- bu günahların hansı günahlar olduğu sorulunca, Peyğəmbər -salləllahu aleyhi va səlləm- bu günahları onlara açıq-aydın bəyan edərək belə dedi: Birinci: Uca Allaha şəkil və görünüşündən asılı olmayaraq hər hansı bir şeyi Ona oxşadaraq və ya bənzədərək tay tutmaqla yaxud ibadətin hər hansı bir növünü Uca Allahdan başqasına sərf etməklə şərik qoşmaq. Peyğəmbər -salləllahu aleyhi va səlləm- böyük günahları sayarkən birinci Allaha şərik qoşmaqdan başladı, çünki Allaha şərik qoşmaq günahların ən böyüyüdür. İkinci: Sehir etmək. -Sehir: düyünlərdən, ovsunlardan, dərmanlardan və tüstülərdən ibarət bir əməldir- Sehir, sehir edilmiş kimsənin bədəninə, onu qətlə yetirməklə və ya xəstələndirməklə yaxud ərlə-arvadın arasını ayırmaqla təsir göstərir. Sehir, şeytani əməldir. Sehirbazlar çox vaxt sehiri, Allaha şərik qoşmaqla və xəbis(murdad) ruhlara onların sevdikləri əməlləri edərək yaxınlaşmaqla edirlər. Üçüncü: Şəri dəlil olmadan Uca Allahın qadağan etdiyi bir nəfsi qətlə yetirmək. Əgər bir kimsəni qətlə yetirmək üçün şəri dəlil(əsaslanma) olarsa, o zaman bu, fərdi şəxslərin deyil, hakimin göstərişi altında həyata keçirilməlidir. Dördüncü: Sələm yemək yaxud müxtəlif yollarla sələmdən yararlanmaq. Beşinci: Atası ölmüş, həddi-büluğa çatmayan yetim uşağın malını haqsız yerə yemək. Altınci: Kafirlərə qarşı edilən döyüşdən qaçmaq. Yeddinci: İsmətli və azad qadınları və kişiləri zinada ittiham etmək.
Peyğəmbər -salləllahu aleyhi va səlləm- evlərdə namaz qılmağı tərk edib oranı qəbirsanlıqlar kimi namaz qılınmayan yerə çevirməyi qadağan etmişdir. Peyğəmbər -salləllahu aleyhi va səlləm- həmçinin öz qəbrini adət halına salınaraq təkrar-təkrar ziyarət etməyi və qəbri yanında toplanmağı qadağan etmişdir, çünki bu şirkə bir vəsilədir. Peyğəmbər -salləllahu aleyhi va səlləm- müsəlman kimsəyə yer kürəsinin hansı tərəfində olmasından asılı olmayaraq, ona salavat deməyi əmr etmişdir, çünki deyilən salavatlar insanın yaxın və ya uzaq olmasından asılı olmayaraq ona eyni səviyyədə çatır.Məhz buna görə də onun qəbrini təkrar-təkrar ziyarət etməyə ehtiyac yoxdur.
Peyğəmbər -salləllahu aleyhi va səlləm- bu hədisdə bizə iki iş barəsində xəbər verir. Əgər müsəlman bunların hər ikisinə əməl edərsə,Cənnətə daxil olar. Birincisi: Dilin Uca Allahı qəzəbləndirən sözlərdən qorunması. İkincisi: Cinsiyyət orqanının zinaya düşməkdən qorunması. Çünki bu iki əza ilə daha çox günahlar işlənilir.
Peyğəmbər-salləllahu aleyhi va səlləm- bizə ən fəzilətli zikrin “Lə iləhə illallah" kəlməsi olduğunu, yəni: Uca Allahdan başqa ibadətə layiq haqq məbud olmadığını və eyni zamanda ən fəzilətli duanın da "Əlhəmdulillah" sözü olduğunu, yəni: Uca Allahın nemətləri bəxş edən, bütün kamil və gözəl vəsflərə layiq olan mənasına gəldiyini xəbər vermişdir.
Peyğəmbər -salləllahu aleyhi va səlləm- Cənnət və Cəhənnəmin insana ayağındakı ayaqqabı bağı qədər yaxın olduğunu xəbər vermişdir. Çünki insan, Allahın razı olacağı bir yaxşı əməl edib onun səbəbi ilə Cənnətə girə bilər yaxud da bir günah edib onun səbəbi ilə Cəhənnəmə girə bilər.
Peyğəmbər -salləllahu aleyhi va səlləm- Cəhənnəmin haramları etmək və fərzlərə laqeyd və səhlənkar yanaşmaq kimi nəfsin arzuladığı şeylər ilə əhatə edildiyini xəbər vermişdir. Kim nəfsinin istəklərinə uyarsa, Cəhənnəmə layiq olar. Cənnət isə əmr edilənləri yerinə yetirməyə səbr etmək, haramları tərk edib bunda qərarlı olmaq kimi nəfsin xoş görmədiyi şeylər ilə əhatə edilmişdir. Kim bu çətin yolları aşar və bu işdə nəfsi ilə mücadələ edərsə,Cənnətə daxil olmağa layiq olar.
Peyğəmbər -salləllahu aleyhi va səlləm- bu hədisdə bir müsəlmanın müsləman qardaşı üzərindəki haqqlarından bəzilərini bəyan etmişdir. Bu haqqlardan birincisi, salam verən kimsənin salamını almaqdır. İkincisi: Xəstənin ziyarət edilməsidir. Üçüncüsü: Cənazəni evindən cənazə namazı qılınan yerə gətirilməsinə, oradan da məzarlığa dəfn edilməsinə qədər müşayiət etməkdir. Dördüncüsü: Toya və s. buna bənzər məclislərə dəvət ediləndə qardaşının dəvətinə icabət etməkdir. Beşincisi: Asqırdıqda: (Əlhəmdulilləh) deyən kimsəyə: (Yərhəmukəllah) (yəni: Allah sənə rəhm etsin) deməkdir. Asqıran kimsə də buna cavab olaraq: (Yəhdikumullahu va yuslih bələkum) (yəni: Allah sizi doğru yola yönəltsin və halınızı islah etsin) deyə cavab verir.
Peyğəmbər -salləllahu aleyhi va səlləm- insanlarla alqı-satqı edərkən xoş əxlaq göstərən(satarkən asanlaşdıran), əli açıq və comərd olan hər kəsə mərhəmət olunması üçün dua etmişdir. Satıcı malı müştəriyə həqiqi qiymətindən baha satmaz və onunla gözəl əxlaqla rəftar edər. Bir şeyi satın aldığında da satıcıya qarşı mülayim, əli açıq və comərd olar. Malın qiymətini həddindən ziyadə düşürüb qiymətini azaltmaz. Borcludan borcunu istəyərkən onunla mülayim rəftar edər ,ona qarşı əli açıq və cömərd olar. Fəqir və yoxsul kimsələrə qarşı şiddətli olmaz.Əksinə borcunu onlardan şəfqətli və yumşaq bir şəkildə istəyər. Borcunu ödəməyə imkanı olmayan kimsəyə də möhlət verərdi.