





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
Abdullah bin Məsud - Allah ondan razı olsun- rəvayət edir ki, Allah Rəsulu -salləllahu aleyhi va səlləm- belə buyurmuşdur: "İfratçılar həlak oldular" Bunu üç dəfə təkrar etmişdir.
MuslimPeyğəmbər -salləllahu aleyhi va səlləm- din və dünyalarında, söz və əməllərində Allah Rəsulunun -salləllahu aleyhi va səlləm- gətirdiyi şəri hüdudları aşan hidayət və elmdən uzaq olan kimsələrin xüsran və məyusluq içində olduqlarını xəbər vermişdir.
Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun) rəvayətə görə o belə demişdir: Mən, Allah Rəsulunun (Allahın salamı və salavatı onun üzərinə olsun) belə dediyini eşitdim: "Sizlərdən biriniz bir münkər gördükdə, onu əli ilə dəyişsin, əgər bacarmırsa, dili ilə dəyişsin, əgər onu da bacarmırsa, qəlbi ilə dəyişsin(1), bu isə imanın ən zəif dərəcəsidir". Hədisi Müslim rəvayət etmişdir.
MuslimPeyğəmbər (Allahın salamı və salavatı onun üzərinə olsun) müsəlmana - Allahın və Onun rəsulunun münkər qəbildən olan hər bir qadağasını - gücü çatacağı qədər dəyişməyi əmr etmişdir. Əgər bir şəxs münkər görərsə, gücü çatırsa, onu əli ilə dəyişməsi vacibdir. Əgər bunu bacarmazsa, onu diliylə dəyişməlidir. Yəni: həmin əməl sahibini o pis işdən çəkindirməli, bu əməlin ona olan zərərini bəyan etməli və onu, bu şərin əvəzinə xeyirli bir işə yönəltməlidir. Əgər bu üslubla da bacarmazsa, bu zaman onu qəlbiylə dəyişməlidir. Yəni: o əmələ qəlbi ilə nifrət etməli və gücü çataçağı təqdirdə onu dəyişəcəyinə əzm etməlidir. Münkəri qəlblə inkar etmək, münkəri dəyişmədə imanın ən zəif dərəcəsidir.
İbn Məsuddan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o belə demişdir: Bir kişi dedi: Ey Allahın Rəsulu! Biz cahiliyyə zamanında etdiyimiz əməllərə görə hesaba çəkiləcəyikmi? Allah Rəsulu: "Kim İslamda yaxşı işlər görərsə, cahiliyyədə etdiklərinə görə hesaba çəkilməz. Kim İslamda pis işlər görərsə, həm cahiliyyədə, həm də İslamda etdiyi əməllərə görə hesaba çəkilər"- deyə cavab verdi.
Al-Bukhari and MuslimPeyğəmbərimiz (Allahın salamı və salavatı onun üzərinə olsun) İslama daxil olmağın fəzilətini bəyan edir. Kim İslamı qəbul edib yaxşı əməllər edərsə, əməllərində sadiq və ixlaslı olarsa, cahiliyyə dövründə etdiyi günahlara görə hesaba çəkilməz. Kim də münafiq olar yaxud dinindən dönərsə, həm küfrdə olduğu dövrdə, həm də İslamda olduğu zaman etdiyi əməllərə görə hesaba çəkiləcəkdir.
Cabirdən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o belə demişdir: Bir kişi Allah Rəsuluna (Allahın salamı və salavatı onun üzərinə olsun) soruşaraq dedi: Əgər mən gündəlik fərz namazlarını qılıb, Ramazan orucunu tutub, Allahın halalına halal, haramına haram olaraq etiqad etsəm, bunlara başqa heç bir əməl əlavə etməsəm, Cənnətə daxil olarammı? Allah Rəsulu (Allahın salamı və salavatı onun üzərinə olsun) ona: "Bəli"- deyərək cavab verdi. Bu zaman kişi: Allaha and olsun ki, bunlara başqa bir əməl əlavə etməyəcəm- dedi.
MuslimPeyğəmbər (Allahın salamı və salavatı onun üzərinə olsun) bu hədisdə bizə, beş vaxt fərz namazı qılıb, nafilə olaraq başqa namaz qılmayan, Ramazan orucunu tutub, nafilə olaraq başqa nafilə oruc tutmayan, halalların halal olduğunu etiqad edib, onları edən və haramların da haram olduğunu etiqad edib, onlardan çəkinən kimsənin Cənnətə girəcəyini bəyan etmişdir.
Əbu Malik Əl-Əşaridən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salamı və salavatı onun üzərinə olsun) belə buyurmuşdur: "Təmizlik imanın yarısıdır. Əlhəmdulilləh tərəzini doldurur. Subhənallah və əlhəmdulilləh sözləri isə yerlər və göylərin arasını doldurur. Namaz nurdur, sədəqə bürhandır (dəlildir), səbr isə işıqdır. Quran ya sənin leyhinə ya da əleyhinə dəlildir. Hər kəs sabahlayaraq öz nəfsini satar, kimisi (Allaha itaət etməklə Cəhənnəm əzabından) ona azad edər, kimisi isə (şeytana tabe olmaqla) onu həlak edər".
MuslimAllah Rəsulu (Allahın salamı və salavatı onun üzərinə olsun) zahiri təmizliyin dəstəmaz və qüsl ilə olacağını və bunun namazın şərti olduğunu xəbər vermişdir. Peyğəmbərin (Allahın salamı və salavatı onun üzərinə olsun) "Əlhəmdulilləh tərəzini doldurur"- sözü, Uca Allaha tərifdir və Onu kamal sifətlərlə vəsf etməkdir. Bu söz, qiyamət günü tərəzidə çəkiləcək və əməllər tərəzisini dolduracaqdır. Peyğəmbərin (Allahın salamı və salavatı onun üzərinə olsun) "Subhənallah və əlhəmdulilləh"- sözü, Uca Allahı təzim edib, Onu bütün nöqsanlardan tənzih etmək və Onu, Cəlalına layiq bir şəkildə kamal sifətlərlə vəsf edərək, Ona məhəbbət bəsləmək göylər və yer arasını doldurur. Peyğəmbərin (Allahın salamı və salavatı onun üzərinə olsun) "Namaz nurdur"- sözü, qulun qəlbində, üzündə, qəbrində və həşr edildiyində nur olacağı ifadə edilmişdir. "Sədəqə bürhandır"- sözü, möminin imanında səmimi olduğuna və imanının qarşılığında veriləcək vədə inanmadığı üçün ondan üz çevirən münafiqdən fərqli olduğuna dəlildir. Habelə "Səbr işıqdır" kəlməsi - nəfsin dözümsüzlüyə və qəzəbə qarşı özünü saxlmaq mənasını daşıyır və məlumdur ki, nur - günəş işığı kimi istiliklə, yanğınla hasil olur, ona görə də, səbr insan üçün məşəqqətlidir, müsəlman nəfslə mubarizə aparmalı və bu səbrlə nəfsin istəklərinin qarşısını almalıdır. Bu səbr- Allaha itaətdə , gunahları dəf etməkdə, bu dünyada baş verən bəlalara və müxtəlif növ müsibətlərə tab gətirməkdə olmalıdır. Belə olan halda səbr sahibi haqq üzərində davamlı işıq saçan olmuş kimidir. "Quran ya sənin leyhinə dəlildir" - tilavətiylə və ondan qaynaqlanan əməlləri tətbiq etdiyinə görə sənin lehinə dəlildir, "ya da aleyhinə dəlildir" - ondan qaynaqlanan əməlləri və tilavətini tərk etməklə sənə qarşı hüccətdir. Sonra Allah rəsulu (Allahın duası və salamı onun üzərinə olsun) xəbər verir ki, bütün insanlar yataqlarından qalxıb evdən çıxaraq yer üzünə yayılır və müxtəlif işlər görürlər. onlardan bir qismi Allaha itaət üzərində olaraq özlərini cəhənnəmdən xilas edir, bir qismi isə bu yoldan azaraq haramlara düşür və cəhənnəmə daxil olaraq özlərini həlak edirlər.
Rəvayət edilir ki, Əbu Hureyra -Allah ondan razı olsun- belə demişdir: “Mən Peyğəmbərin -salləllahu aleyhi va səlləm- belə dediyini eşitdim: "Kim Allah üçün həcc edərsə, (həcc əsnasında qadını ilə) yaxınlıq etməsə və söyüş söyüb pis sözlər danışmasa, həccdən anadan doğulduğu kimi (günahsız) qayıdar".
Al-Bukhari and MuslimPeyğəmbər -salləllahu aleyhi va səlləm- bu hədisdə, kim Allah üçün həcc edərsə, həcc ibadətlərini yerinə yetirərkən xanımı ilə cinsi əlaqədə olmaq və buna təhrik edən öpmək, qucaqlamaq və s. bu kimi əməllərdən uzaq olarsa, həccindən yeni doğulan uşaq kimi günahsız olaraq döndüyünü bəyan etmişdir. Hədisdə ərəb dilində keçən: "rafəs" sözü, cinsi əlaqə mənasını bildirməklə yanaşı, söyüş söyüb pis sözlər danışmaq mənasını da bildirir. Yəni: Həcc edərkən fasiqlik (asiliklər və pis əməllər) etməz. Ehramda olarkən qadağan olan əməlləri etmək fasiqliyin növlərindən biridir. Kim həcc ibadətlərini yerinə yetirərkən özünü günahlardan qoruyarsa, həccindən bir uşağın günahsız şəkildə anadan olduğu kimi bağışlanmış olaraq geri dönər.
Aişə -Allah ondan razı olsun- rəvayət edildiyinə görə Allah Rəsulu -salləllahu aleyhi va səlləm- belə buyurmuşdur: "Misvak ağzın təmizliyi, Rəbbin isə razılığıdır".
An-Nasaa’iPeyğəmbər -salləllahu aleyhi va səlləm- bizə arak ağacı və ona bənzər şeylər ilə dişləri fırçalamağın ağzı qida qalıqları və pis qoxulardan təmizlədiyini xəbər vermişdir. Misvakdan istifadə etmək Uca Allahın qulundan razı olmasının səbəblərindən biridir. Çünki bu əməldə Allaha itaat və Onun əmrinə boyun əymək və həmçinin Allahın sevdiyi təmizlikdən bir pay vardır.
Əbu Hureyradan -Allah ondan razı olsun- rəvayət edildiyinə görə Allah Rəsulu -salləllahu aleyhi va səlləm- belə buyurmuşdur: "Böyük günahlardan çəkindiyi müddətcə, beş vaxt namaz, iki Cümə və iki Ramazan, aralarında edilən kiçik günahlara kəffarədir".
MuslimPeyğəmbər -salləllahu aleyhi va səlləm- gün ərzində qılınan beş vaxt namazın, hər həftə qılınan cümə namazının və hər il tutulan Ramazan orucunun böyük günahlardan çəkinilməsi şərti ilə aralarında edilən kiçik günahlara kəffarə olacağını xəbər vermişdir. Amma zina, içki içmək kimi büyük günahlara gəldikdə isə, yalnız tövbə edildiyində bağışlanar.
Abdullah ibn Amr -Allah ondan və atasından razı olsun- rəvayət edir ki, Peyğəmbər -sallallahu aleyhi va səlləm- belə demişdir: "Qohum-əqrəbasının yaxşılıq etməsinə eynisiylə cavab verən insan heç də qohumluq əlaqələrini birləşdirən kimsə deyildir. Qohumluq əlaqələrini birləşdirən kimsə, qohumları onunla əlaqəni kəsdikləri zaman onlarla əlaqə saxlayıb bu əlaqəni birləşdirən kimsədir".
Al-BukhariPeyğəmbər -sallallahu aleyhi va səlləm- bu hədisdə bizə xəbər verir ki, qohum-əqrəba əlaqələrini birləşdirmədə və qohum-əqrəbaya yaxşılıq etmədə mükəmməl insan, heç də yaxşılığa yaxşılıqla qarşılıq verən insan deyildir. əksinə, qohum-əqrəba əlaqələrini həqiqi mənada birləşdirən insan, qohumları onunla əlaqəni kəsdikləri, hətta ona pislik etdikləri zaman belə qohum-əqrəbalarına yaxşılıq etməyə davam edən insandır.