





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
Abdullah ibn Amr ibn As -Allah ondan və atasından razı olsun- rəvayət edir ki, Peyğəmbər -salləllahu aleyhi va səlləm- belə demişdir: "Məndən bir ayə olsa belə insanlara çatdırın. İsrail oğullarından da danışın, bunda bir qəbahət yoxdur. Kim mənim adımdan qəsdən yalan danışarsa, Cəhənnəmdə yerini hazırlasın".
Al-BukhariPeyğəmbər -salləllahu aleyhi va səlləm- bizə Kitab və sünnədən olan elmin insanlara çatdırılmasını əmr etmişdir. Hətta çatdırılan elm Qurandan bir ayə və ya bir hədis olsa belə. Lakin bu çatdırdığı və dəvət etdiyi şey barədə elmli olması şərtdir. Sonra Peyğəmbər -salləllahu aleyhi va səlləm- dinimizə müxalif olmayan İsrail oğullarının başına gələn ibrətamiz qissələrin də danışılmasında bir qəbahət olmadığını açıqlamışdır. Peyğəmbər -salləllahu aleyhi va səlləm- onun adından yalan danışmağı qadağan etmiş və onun adından qəsdən yalan danışan kimsənin Cəhənnəmdə özünə yer hazırladığını bəyan etmişdir.
Əbu Hureyradan -Allah ondan razı olsun- rəvayət edilir ki, Peyğəmbər -salləllahu aleyhi va səlləm- belə demişdir: "Allahım! Qəbrimi ibadət edilən bir büt (ibadət və sitayiş yeri) etmə! Peyğəmbərlərinin qəbirlərini məscidlər(ibadətgah) edən qövmə Allah lənət emişdir".
AhmadPeyğəmbər -salləllahu aleyhi va səlləm- Rəbbinə qəbrinin insanların təzim edərək ibadət edilən bütə çevirilməməsi və ona yönələrək səcdə edilməməsi üçün dua etdi. Sonra Peyğəmbər -salləllahu aleyhi va səlləm- peyğəmbərlərinin qəbirlərini məscidlərə çevirənlərin Allahın rəhmətindən qovulduqlarını xəbər verdi. Çünki qəbirləri məscidlərə çevirmək onlara ibadət etməyə və onların xeyir və ya zərər verə biləcəyinə etiqad etməyə səbəbdir.
Əbu Hureyradan -Allah ondan razı olsun- rəvayət edilir ki, Peyğəmbər -salləllahu aleyhi va səlləm- belə demişdir: "Allah -Təbarakə va Təalə- buyurmuşdur: Mən, şərik olmağa möhtac deyiləm.Kim bir əməl edərsə və etdiyi əməldə bir başqasını Mənə şərik qoşarsa, Mən onu və şərik qoşduğunu tərk edərəm".
MuslimPeyğəmbər -salləllahu aleyhi va səlləm- bu hədisdə Uca Allahın şəriklərə ehtiyacı olmadığını, həmçinin əgər insan bir yaxşı əməl edərsə və etdiyi əməli həm Allah, həm də Allahdan qeyrisi üçün edərsə, həmin əməlin ondan qəbul olmayacağını xəbər vermişdir. Beləliklə əməli ixlasla Uca Allah üçün etmək lazımdır.Çünki, Uca Allah yalnız Onun üçün edilən əməli qəbul edir.
Cundəb -Allah ondan razı olsun- rəvayət edir ki, mən Peyğəmbərin -salləllahu aleyhi va səlləm- vəfat etməzdən beş gün öncə belə dediyini eşitdim: "Mən aranızda sizlərdən birinin dostumun olmasından Allaha sığınıram. Çünki Uca Allah İbrahimi Özünə dost etdiyi kimi məni də Özünə dost etmişdir. Əgər ümmətimdən birini özünə dost tutsaydım, əlbəttə ki, Əbu Bəkiri özümə dost tutardım. Agah olun ki, sizdən öncəkilər peyğəmbərlərinin və aralarındakı saleh kimsələrin qəbirlərini məscidlərə çevirdilər. Diqqət edin! Qəbirləri əsla məscidlərə çevirməyin. Mən sizi bundan çəkindirirəm".
MuslimPeyğəmbər -salləllahu aleyhi va səlləm- bu hədisdə Allah qatındakı dərəcəsini və həmçinin İbrahimin -aleyhissəlam- Allah qatında məhəbbətin ən yüksək dərəcələrinə çatdığı kimi, onun da məhəbbətin ən yüksək dərəcələrinə çatdığını xəbər vermişdir. Elə buna görə də özünün Allahdan başqa dostunun olmasını inkar etmişdir. Çünki qəlbi Uca Allaha olan məhəbbəti, Onu təzim etməsi və Onu tanıması ilə dolmuş və qəlbində Allahdan başqasına yer qalmamışdır. Əgər Peyğəmbər -salləllahu aleyhi va səlləm- insanlardan birini özünə dost tutsaydı, o zaman bu Əbu Bəkir -Allah ondan razı olsun- olardı. Sonra Peyğəmbər -salləllahu aleyhi va səlləm- sevgidə həddi aşan yəhudi və xristianların etdikləri kimi peyğəmbərlərinin və aralarındakı saleh kimsələrin qəbirlərini ilahiləşdirərək oranı Allahdan başqa ibadət edilən yerlərə çevirməkdən və o qəbirlər üzərində məscidlər və ibadətgahlar bina etməkdən çəkindirmişdir. Peyğəmbər -salləllahu aleyhi va səlləm- ümmətinə yəhudi və xristianların etdikləri bu əməli qadağan etmişdir.
İbn Ömər -Allah ondan razı olsun- bir kişinin: Xeyr, Kəbəyə and olsun dediyini eşitdi. Bunu eşidən İbn Ömər -Allah ondan razı olsun- ona belə dedi: Allahdan başqasına and içilməz. Çünki mən, Peyğəmbərin -salləllahu aleyhi va səlləm- belə dediyini eşitdim: "Kim Allahdan başqasına and içərsə ya küfür edər ya da şərik qoşar".
At-TirmidhiPeyğəmbər -salləllahu aleyhi va səlləm- bu hədisdə Uca Allahdan və Onun ad və sifətlərindən başqası adına and içən kimsənin Allaha küfür etdiyini yaxud Ona şərik qoşduğunu xəbər vermişdir. Çünki kişinin bir şeyə and içməsi, onun and içdiyi şeyi təzim etdiyinə görədir. Bütün təzim və böyüklük isə yalnız tək Allaha aiddir. Buna görə də yalnız Uca Allaha və Onun ad və sifətlərinə and içilər. Bu and kiçik şirkin bir növüdür. Lakin and içən kimsə Allahdan başqa and içdiyini Allahı təzim etdiyi kimi yaxud ondan daha çox təzimlə and içərsə, bu zaman onun bu andı böyük şirk növünə daxil olar.
İbn Abbasdan -Allah ondan və atasından razı olsun- rəvayət edilən bir hədisdə o belə demişdir: Rəsulullah -salləllahu aleyhi va səlləm- Muaz bin Cəbəli Yəmənə göndərdiyi zaman ona belə buyurdu: "Sən kitap əhli olan bir qövmə gedəcəksən. Onların yanına getdikdə, onları Allahdan başqa haqq bir ilah olmadığına, Muhammədin də Onun Rəsulu olduğuna şəhadət etməyə dəvət et. Əgər onlar bu işdə sənə tabe olsalar, Allahın onlara gün ərzində beş vaxt namaz qılmağı əmr etdiyini bildir. Əgər onlar bu işdə sənə tabe olsalar, onlara zənginlərdən alınıb fəqirlərə veriləcək olan zəkatı da fərz etdiyini bildir. Əgər onlar bu işdə də sənə tabe olsalar, bu zaman mallarının ən yaxşısını almaqdan çəkin! Məzlumun duasından qorx! Çünki məzlumun duası ilə Allah arasında heç bir pərdə yoxdur".
Al-Bukhari and MuslimAllah Rəsulu -salləllahu aleyhi va səlləm- Muaz bin Cəbəli - Allah ondan razı olsun - Yəmənə Allahın dininə dəvət edən və müəllim olaraq göndərdiyi zaman xristian bir qövmlə qarşılaşacağını və onlara qarşı hazırlıqlı olmasını söyləmişdir. Sonra da onları ən önəmli olan xüsusdan başlayaraq dəvət etməsini nəsihət etmişdir. Allahdan başqa haqq bir ilah olmadığına, Muhammədin -salləllahu aleyhi va səlləm- də Onun Rəsulu olduğuna şahidlik edərək öncəliklə onların əqidələrini islah etməyə dəvət etmişdir. Çünki onlar, İslama şəhadət kəlməsini tələffüz edərək daxil olarlar. Əgər bunu qəbul edərlərsə,namaz qılmalarını onlara əmr et, çünki namaz tövhiddən sonra ən əzəmətli fərzdir. Əgər onlar namaz qılmağı qəbul edərlərsə, zənginlərinə mallarının zəkatını yoxsullara vermələrini əmr etmişdir. Sonra Allah Rəsulu -salləllahu aleyhi va səlləm- Muaz bin Cəbəli -Allah ondan razı olsun - zəkat olaraq onların mallarının ən yaxşısını götürməsindən çəkindirmişdir. Çünki fərz olan orta keyfiyyətdə olan mallardan zəkatın verilməsidir. Sonra Rəsulullah -salləllahu aleyhi va səlləm- Muaz bin Cəbələ - Allah ondan razı olsun - məzlumun ona bəd dua etməməsi üçün zülmdən çəkinməyi nəsihət etmişdir. Çünki məzlumun duası geri çevrilməz.
Ömər bin Xəttab - Allah ondan razı olsun - rəvayət edərək deyir ki, mən Peyğəmbərin -salləllahu aleyhi va səlləm- belə dediyini eşitdim: "Xristianlar Məryəm oğlu İsanı ucaltdıqları (həddindən artıq tərifləməklə) kimi siz də məni ucaltmayın. Mən Allahın quluyam. (Mənə) Allahın qulu və Onun rəsulu deyin".
Al-BukhariPeyğəmbər -salləllahu aleyhi va səlləm- xristianların Məryəm oğlu İsanı -aleyhissələm- şəriətin qoyduğu çərçivəni aşaraq ifrat dərəcədə təriflədiyi, onu Allahın vəsfləri və Ona aid felləri ilə vəsf etdiyi və onun qeybi bildiyini yaxud da Allah ilə birlikdə dua edilib yalvarılacağı kimi onun da bu cür ucaldılmasını qadağan etmişdir. Sonra özünün Allahın bir qulu olduğunu bildirərək özü barədə: Allahın qulu və Onun rəsulu deməyimizi əmr etmişdir.
Əbu Hureyradan - Allah ondan razı olsun - rəvayət edilən bir hədisdə o, belə demişdir: Allah Rəsulundan -salləllahu aleyhi va səlləm: "Ey Allahın Rəsulu! Qiyamət günü sənin şəfaətinə nail olan ən xoşbəxt insan kimdir?" deyərək soruşuldu. Allah Rəsulu -salləllahu aleyhi va səlləm-: "Ey Əbu Hureyra, hədis öyrənməyə həris olduğunu gördüyüm üçün bu hədis barədə səndən əvvəl kimsənin məndən soruşmayacağını zənn etmişdim. Qiyamət günü şəfaətimə nail olan ən xoşbəxt insan qəlbindən və ya içindən ixlasla “Lə iləhə illallah” deyən kimsədir". deyə buyurdu.
Al-BukhariPeyğəmbər -salləllahu aleyhi va səlləm- bu hədisdə qiyamət günü şəfaətinə nail olan ən xoşbəxt insanın qəlbindən ixlasla: "Lə iləhə illallah" yəni, Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur deyən, şirkdən və riyadan uzaq olan kimsə olacağını xəbər vermişdir.
Cabir bin Abdullah -Allah ondan və atasından razı olsun- rəvayət edir ki, mən Allah Rəsulunun -salləllahu aleyhi va səlləm- belə dediyini eşitdim: "Kim (qiyamət günü) Allahın hüzuruna heç bir şeyi Ona şərik qoşmadan çıxarsa, Cənnətə girər. Kim də Ona şərik qoşaraq çıxarsa, Cəhənnəmə girər".
MuslimPeyğəmbər -sallallahu aleyhi va səlləm- bu hədisdə bizə, bəzi günahlardan dolayı əzab görsə belə şərik qoşmadan ölən bir kimsənin gedəcəyi yerin Cənnət olacağını, Allaha şərik qoşaraq ölən bir kimsənin isə Cəhənnəmdə əbədi qalacağını xəbər vermişdir.